Azərbaycanda evtanaziyaya icazə VERİLƏCƏK? – Deputatdan AÇIQLAMA

Azərbaycanda evtanaziyaya icazə VERİLƏCƏK? – Deputatdan AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda evtanaziyaya icazə VERİLƏCƏK? – Deputatdan AÇIQLAMA

273626

Bəzi ölkələrdə ölümcül xəstəlikdən və ya dözülməz ağrılardan əziyyət çəkən insanın həyatına öz istəyi və həkimlərin köməyi ilə son qoyula bilər. Bu prosesə evtanaziya deyilir. Belçika, Hollandiya, Kanada, İspaniya, İsveçrə, Avstraliya və s... kimi bir sıra ölkələrdə evtanaziyaya qanuni şəkildə icazə var. Ancaq Azərbaycanda bu proses qadağandır.
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir ölkədə evtanaziya qanuniləşdi


Bəs icazə verilməlidir?

Bizim.Media mövzuyla əlaqədar  həm deputat, həm də Azərbaycan Respublikasının Əməkdar həkimi, millət vəkili Rəşad Mahmudovun fikirlərini öyrənib.

O, ilk olaraq vurğulayıb ki, evtanaziya çox həssas, etik və tibbi tərəfləri olan bir mövzudur:

“Fikrimcə, bu mövzuya yanaşmada ən vacib məsələ insanın ağrı-acısını yüngülləşdirmək və həyatının son mərhələsində onun rahatlığını təmin etməkdir. Bunun üçün ölkəmizdə ilk növbədə palliativ xidmətlərin gücləndirilməsi, xəstələrin ağrısız və insani şəraitdə müalicə və baxım imkanlarının genişləndirilməsi əsas prioritet olmalıdır”.

Deputat bildirib ki, evtanaziyaya icazə verilməsi ondan sui-istifadə kimi riskli halları artıra bilər:

“Evtanaziya ilə bağlı müsbət arqumentlərdə insanın öz həyatı üzərində qərar vermə hüququ, dözülməz əzabdan azad olunma arzusu önə çəkilir. Lakin digər tərəfdən, bu addımın sosial təzyiq, sui-istifadə və zəif qrupların risk altında qalması təhlükəsini yaratdığını da unutmamalıyıq. Həkimlərin və tibbi personalın missiyası insan həyatını qorumaq, mümkün olan bütün tibbi və sosial imkanlardan istifadə edərək xəstəyə sonadək dəstək göstərməkdir”.

“Əsas diqqət palliativ xidmətlərin inkişafına yönəlməlidir”.

“Azərbaycanda belə bir məsələ yalnız geniş ictimai müzakirələr, dərin hüquqi və tibbi araşdırmalar aparıldıqdan sonra gündəmə gələ bilər. Hazırkı mərhələdə isə əsas diqqətimizi palliativ xidmətlərin inkişafına və ağır xəstələrin həyat keyfiyyətinin yüksəldilməsinə yönəltməliyik”, - deyə Rəşad Mahmudov bildirib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO