Bakıda ƏMƏLİYYAT: İranlı ilə əlbir olan şəxs saxlanıldı – VİDEO

Bakıda ƏMƏLİYYAT: İranlı ilə əlbir olan şəxs saxlanıldı – VİDEO

Hazırda oxunan: Bakıda ƏMƏLİYYAT: İranlı ilə əlbir olan şəxs saxlanıldı – VİDEO

273615

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşları olan narkotacirlərlə əlbir olan şəxslərin tutulması istiqamətində növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Səbail rayonunda keçirilən əməliyyat zamanı 1979-cu il təvəllüdlü, əvvəl məhkum olunmuş Arif Yusifov saxlanılıb.

Ondan 20 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkarlanıb.

A.Yusifovun paytaxt ərazisində narkotik vasitələrin satışını və yayılmasını təşkil edərək maddi qazanc əldə etdiyu müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO