Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bizim.Media 2020-ci il 2 oktyabr şəhidlərini təqdim edir.
Həsənağa Abdullazadə
1993-cü il martın 9-da Lənkəran şəhərində anadan olub. Həsənağa Abdullazadə 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2017-ci ildən xidmətini “baş leytenant” hərbi rütbəsi altında davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Həsənağa Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, daha sonra isə Ağdərə və Kəlbəcər cəbhələrində savaşıb.
Oktyabrın 1-dən Həsənağa Abdullazadə ilə əlaqə saxlamaq mümkün olmayıb. 2 oktyabr tarixində Kəlbəcər rayonu ərazisində, hakim yüksəkliklər uğrunda gedən döyüşlərdə pusquya düşərək qəhramancasına həlak olub. Nəşi uzun müddət tapıla bilməyib. Yanvarın 14-də itkin düşdüyü Kəlbəcər rayonu ərazisində şəhid olduğu müəyyənləşib. İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Həsənağa Abdullazadə ölümündən sonra "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə” medalı, 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Elvin İsmayılov
28 mart 2002-ci ildə Sumqayıt şəhərində anadan olub.
Elvin İsmayılov 8 may 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Elvin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elvin İsmayılov 2 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Elnur Məmmədov
16 sentyabr 1989-cu ildə, Daşkəsən rayonunda anadan olub. MAHHXHQ əsgər Məmmədov Elnur döyüşün hələ ilk başlarından İkinci Qarabağ müharibəsində yüksək qəhrəmanlıq nümunəsi göstərib. O, 2 oktyabr tarixində Kəlbəcər istiqamətdə gedən döyüşlərdə şəhidlik mərtəbəsinə ucalıb. Komandiri onun nəşrini çıxara bilmədiyi üçün, düşmənin əlinə keçməsin deyə, iki qayanın arasıında gizlədib.
Elnurun nəşi 49 gün neytralda qalıb. 50-ci günə keçən gecə də komandiri və döyüş yoldaşları, onun nəşini gizlətdikləri yerdən götürərək, ailəsinə təhvil verib. Elnur Məmmədov böyük izdihamla Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Döyüşlərdə göstərdiyi igidliklərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.
Babayev Elvin
28 fevral 2001-ci ildə Gəncə şəhərində doğulub.
2019-cu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Elvin Babayev Ağdam və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. 7 oktyabr 2020-ci il tarixində II Fəxri Xiyabanda dəfn edilib.
Babayev Elvin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalı ilə təltif edilib.
Altun Məmmədov
21 avqust 1999-cu ildə Gəncə şəhərində doğulub.
2019-cu ilin iyulun 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrində xidmətə başlayıb.
Altun Məmmədov Azərbaycan Ordusunun əsgəri olaraq Vətən müharibəsində iştirak edib, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yer alıb.
2 oktyabr 2020-ci il tarixində Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
4 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Məmmədov Altun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” (ölümündən sonra) medalları ilə təltif edilib.
Orxan Əkbərov
1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əkbərov oktyabrın 2-da Füzuli döyüşləri zamanı şəhid olub. 6 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhərində dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Həmçinin, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Sübhan Abdurahmanlı
1992-ci il oktyabrın 18-də Bakı şəhərində anadan olub.
Sübhan Abdurahmanlı 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun giziri olan Sübhan Abdurahmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhan Abdurahmanlı oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sübhan Abdurahmanlı ölümündən sonra "İgidliyə görə", "Vətənə Xidmətə görə", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Əhmədov Səyadulla
29 dekabr 1998-ci ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində anadan olub.
Səyadulla Vətən müharibəsində Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Səyadulla Əhmədov 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən Səyadulla Əhmədov ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə", "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Elmin Məmiyev
22 dekabr 2001-ci ildə Yardımlı rayonunda anadan olub. Elmin 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Elmin Məmiyev 2020-ci il oktyabrın 2-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam döyüşlərində vuruşaraq, şəhid olub. Oktyabrın 3-də Yardımlı rayon Kürəkçi kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məmiyev Elmin Zamin oğlu ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Səid Ədilov
5 noyabr 1994-cü ildə Bərdə rayonunda anadan olub.
Səid Ədilov 21 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq təlimlərə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Səid Ədilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Səid Ədilov 2 oktyabr 2020-ci ildə Suqovuşan döyüşləri gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Nicat Qasımov
17 oktyabr 1991-ci ildə Gəncə şəhərində anadan olub.
Nicat Qasımov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra mülki şəxs olaraq fəaliyyətinə davam edib.
Azərbaycan Ordusunun əsgəri olan Nicat Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Hikmət Məmmədov 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.
“Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Mehdi Murtuzov
1997-ci il iyul ayının 10-da Quba rayonun Alpan kəndində anadan olub.
Murtuzov Mehdi 2015-ci il iyul ayının 10-da, doğum günündə Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb və Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb.
2017-ci il yanvar ayının 1-də hərbi xidmətini başa vuraraq ordudan tərxis olunub.
Mehdi 2020-ci ilin yanvar ayında yenidən xidmət etmək istəyi ilə əlaqədar Orduya müraciət edir və iki aylıq təlimdən sonra onu MAXE (müddətdən artıq xidmət edən) kimi Daşkəsən rayonundakı N saylı hərbi hissəyə xidmətə göndərirlər. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman Mehdi də yüzlərlə Azərbaycan əsgəri kimi döyüşlərə yollanır.
Murovdağ-Kəlbəcər istiqamətində gedən ağır döyüşlər nəticəsində oktyabr ayının 2-də Ermənistan Silahlı Qüvvələrinin açdığı snayper atəşi nəticəsində özünü müdafiə edə bilməyib və şəhadətə ucalıb. Qızğın döyüşlərin getməsi səbəbindən Mehdinin nəşini ərazidən götürmək mümkün olmayıb. Hətta onun itkin düşməsi barədə də məlumat verilib. Ordumuzun şanlı zəfərindən sonra döyüş yoldaşları Mehdinin nəşini aşkarlayıb və 23 noyabr 2020-ci ildə döyüş bölgəsindən çıxarmağa nail olublar. Mehdi doğulub böyüdüyü Alpan kəndində, 24 noyabr tarixində Subaba qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.
İntiqam Abdullayev
12 avqust 1998-ci ildə Ordubad rayonunun Düylün kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan İntiqam Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Murovdağ döyüşlərində iştirak edib. 2 oktyabr 2020-ci il Murovdağ uğrundə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Dağlarda qış fəslində axtarış işləri çətin getdiyi üçün İntiqam Abdullayevin cənazəsi uzun müddət tapılmır və o,itkin düşmüş sayılır. Şəhadətindən 165 gün sonra onun şəhid xəbəri gəlir. Şəhid Ordubad rayonunun Düylün kəndində dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", 3-cü dərəcəli "Rəşadət ordeni" ilə təltif edilib.
Rövşən Pənahov
1989-cu il oktyabrın 2-də Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya göz açıb.
1995-2006-cı illərdə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində, 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb.
Rövşən Pənahov xidmət illəri ərzində "Qüsursuz xidmətə görə" , "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" medalları ilə təltif edilib. 2016-cı ilin aprel ayının 1-də başlayan və 5-də bitən dördgünlük müharibədə iştirak edib. Aprel döyüşlərindəki xidmətinə görə “kapitan” hərbi rütbəsi alıb. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Rövşən Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Rövşən Pənahov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rövşən Pənahov ölümündən sonra "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalı ilə təltif edilib.
Təbriz Həsənov
25 avqust 1994-cü ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olub. Tank tağımının tuşlayıcı-operator vəzifəsini icra edən Təbriz Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə fəal iştirak edib. 2 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Təbriz Həsənov ölümündən sonra Prezidentin Sərəncamına əsasən “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Bəybala Əliyev
1996-cı il oktyabrın 22-də Gədəbəy rayonunun Səbətkeçməz kəndində anadan olub.
Bəybala Əliyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi hərbi xidmətdə olub. 2016-cı ildən isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında "matros" (dənizçi) hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin matrosu olan Bəybala Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub. Bəybala Əliyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 08.12.2020-ci il tarixində Gədəbəy rayonunun Səbətkeçməz kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bəybala Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Rüstəm İsmayılov
29 avqust 1995-ci il tarixində Daşkəsən rayonunda anadan olub.
Hərbi xidmətini 2013-cü ildə ön xətdə yerləşən hərbi hissələrin birində keçib. Vətən müharibəsi zamanı 2 oktyabr 2020-ci il tarixində Vətən müharibəsinin Kəlbəcər-Murov istiqamətində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib. Şəhid olduğu gündən 70 gün sonra, 17 dekabr 2020-ci il tarixində Rüstəmin ailəsinə onun Şəhidlik zirvəsinə yüksəldiyi xəbəri verilib, yaşadığı Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Döyüşlərdə göstərdiyi igidliklərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.
Əsəd İsgəndərov
1990-cı il oktyabrın 27-də Xanlar rayonunun Topalhəsənli kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Əsəd İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əsəd İsgəndərov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əsəd İsgəndərov ölümündən sonra "Vətən uğrunda",
"Füzulinin azad olunmasına görə" medalı
ilə təltif edilib.
Telman Kəlbiyev
1988-ci il martın 24-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Telman Kəlbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. 7 bacının 1 qardaşı olan Telman Kəlbiyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Telman Kəlbiyev ölümündən sonra "Vətən uğrunda", “Vətənə xidmətə görə”, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Xuduş Kazımov
1988-ci il sentyabrın 8-də Moskva şəhərində anadan olub. 1995-2004-cü illərdə Gəncə şəhərində M. A. Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alıb.
Xuduş Kazımov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Xuduş Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xuduş Kazımov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi 110 gün sonra tapılıb və yanvarın 20-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xuduş Kazımov “Kəlbəcərin azad edilməsinə görə”, “Şücaətə görə”, “Vətən uğrunda” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Naibə Məmmədova, Bizim.Media