Yevlaxda kafedə qətl – Saxlanılan var

Yevlaxda kafedə qətl – Saxlanılan var

Hazırda oxunan: Yevlaxda kafedə qətl – Saxlanılan var

273595

Yevlaxda qətl hadisəsi baş verib.

Yevlax rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, oktyabrın 1-də Yevlax rayonu ərazisində 1996-cı il təvəllüdlü Xəyal Zeynalovun aldığı xəsarətlər səbəbindən xəstəxənada ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mahir Baxşalızadənin rayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahir Baxşalızadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO