Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidinin inşası davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yeni keçid Pirşağı - Xırdalan - Novxanı - M4 avtomobil yolu layihəsi çərçivəsində, yolun 19.5-ci kilometrliyində tikilir.
Keçid iki giriş-çıxışdan ibarət olub, ümumi uzunluğu 59.8 metr, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin isə eni 2 metr olacaq. Yol səviyyəsindən 5.5 metr hündürlükdə yerləşən keçid üstüaçıq dəmir-beton konstruksiya şəklində inşa edilir. Əlavə olaraq, 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq ki, bu da keçidin əlçatanlığını artıracaq. Hazırda keçidin dayaqlarının tikintisi davam edir. Yeni keçid, inşa olunduğu ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:56 / 02.10.2025
Yeni yerüstü piyada keçidi inşa edilir – BU ƏRAZİDƏ
Hazırda oxunan: Yeni yerüstü piyada keçidi inşa edilir – BU ƏRAZİDƏ
Hazırda oxunan: Yeni yerüstü piyada keçidi inşa edilir – BU ƏRAZİDƏ
273588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.