Aqil Abbasdan Çingiz Abdullayevə CAVAB – “Üç min yazıçı haradadır, pambıq yığırıq?!”

Aqil Abbasdan Çingiz Abdullayevə CAVAB – “Üç min yazıçı haradadır, pambıq yığırıq?!”

Hazırda oxunan: Aqil Abbasdan Çingiz Abdullayevə CAVAB – “Üç min yazıçı haradadır, pambıq yığırıq?!”

273578

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev Azərbaycanda 3 min yazıçının olduğunu deyib.

XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində çıxşı zamanı o, həmçinin, kitab sənayesinin problemlərinə də toxunub.

Xalq yazıçısı yazıçıların öz pulları ilə kitab çap etdirdiklərini, gələcəkdə isə bunun belə olmayacağını bildirib.

Yazıçıların sayı ilə bağlı məsələyə münasibət bildirən yazıçı, deputat Aqil Abbas Bizim.Media-ya deyib ki, ölkədə bu qədər yazıçı yoxdur:
 

“Yazıçılar Birliyinin 3 min üzvü ola bilər, amma Azərbaycanda 3 min yazıçı? Bu nədir, pambıq yığırıq?! Yəqin ki, Yazıçılar Birliyinin üzvlərini sayıblar. Onların hamısını yazıçı hesab etmək olmaz. İstedadlıları var, tanınanlar, qələmi olanlar, cavanlar, orta və yaşlı nəsil yazıçılarımız var. Amma 3 min olmaz, olsa 3 yüz olar”.


Deputat dünya ədəbiyyatı sıralarında olacaq gənc yazarların da adını sadalayıb:

“Yaşlı nəsildən Çingiz Abdullayev, Anar, rəhmətlik Elçin Əfəndiyev, Kamal Abdulla biz dedik demədik dünyaya çıxıblar. Gənclərin içində də var, hələ təzədilər, yəqin ki dünyaya çıxacaqlar. Gənclərdən Şərif Ağayar, Aqşin Yeniseyin dünya ədəbiyyatı sıralarında olacağına inanıram. İndi daha çox ad xatırlamıram”.

Günay Şahmar, Bizim.Media

 

 

 

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO