Ötən ay Bakı metrosu ilə 20 milyona yaxın sərnişin daşınıb

Ötən ay Bakı metrosu ilə 20 milyona yaxın sərnişin daşınıb

Hazırda oxunan: Ötən ay Bakı metrosu ilə 20 milyona yaxın sərnişin daşınıb

273566

“Bakı Metropoliteni” QSC sentyabr ayında 19 milyon 965 min 597 sərnişin daşıyıb.

QSC-dən Bizim.Media-ya bildirilib ki, 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli” sahəsində pik saatlarda interval 1 dəqiqə 45 saniyəyə endirilib.

Nəticədə, ay ərzində metro tarixində ikinci ən böyük sərnişindaşıma göstəricisi də qeydə alınıb. Ayın ən çox sərnişin qəbul edilən günü 15 sentyabrda qeyd edilib – 891 856 nəfər.

Ən sakit gün isə 7 sentyabrda olub – 405 892 nəfər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO