Elarizin kürəkəninə 12 il həbs cəzası veriləcək?

Elarizin kürəkəninə 12 il həbs cəzası veriləcək?

Hazırda oxunan: Elarizin kürəkəninə 12 il həbs cəzası veriləcək?

273553

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, bugünkü prosesdə ittiham tərəfi yekun çıxış edib. Prokuror təqsirləndirilən şəxsə verilmiş ittihamın məhkəmədə də sübuta yetirildiyini düşündüyünü deyib.

Bu əsasla Nizami Alışanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə tərəfi isə ittihamla razı deyil. Vəkilə müdafiə çıxışına hazırlanması üçün vaxt verilib.

Növbəti iclasda məhkəmə araşdırmasının yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, Nizami Alışan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Şikayətçilər isə Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə və başqa iş adamı Yadigar İsrafilovdur. Nizami Alışan isə AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elarizin kürəkənidir. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO