Bu ölkədən Azərbaycana gətirilən avtomobilləri alan yoxdur – AÇIQLAMA

Bu ölkədən Azərbaycana gətirilən avtomobilləri alan yoxdur – AÇIQLAMA

Hazırda oxunan: Bu ölkədən Azərbaycana gətirilən avtomobilləri alan yoxdur – AÇIQLAMA

273541

Son illər Azərbaycana ən çox maşın Çindən gətirilir. Çinlə yanaşı Koreya və ABŞ-dan da avtomobil idxalı öz axarında davam edir. Alıcılar avtomobil seçərkən müasir standartlara cavab verən, ekoloji təmiz, az sərfiyyatlı, ucuz və çoxfunksiyalı nəqliyyat vasitələrinə önəm verirlər.

Azərbaycana avtomobil ixrac edən ölkələrin başında Çin gəlirsə, bəs artıq tələbat olmayan maşınlar hansı ölkənin payına düşür?

Bizim.Media xəbər verir ki, bu barədə Lent.az-a avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirov açıqlama verib.

O bildirib ki, artıq Rusiyadan gələn avtomobillərə tələbat azalıb:
 

“Hazırda Rusiyadan gələn avtomobillər sərf eləmir. Məsələn, keçmiş sovet maşınlarına baxanda, Rusiyanın yeni avtomobillərinin detallarında erroziya, çürümə tez gedir. Ümumiyyətlə isə son çıxan avtomobillərin detalları zəifdi, paslanma tez yaranır. Bugünki gün Rusiyada avtomobil gətirmək məqbul sayılmır, alıb-satanlara sərf etmir. Həmin ölkənin şirkətləri ilə müqavilələri davam edən rəsmi dillerlərin də sayı azalıb.


Azərbaycana bütün ölkələrdən avtomobillər gətirilir. Ən çox da Çindən. İstər Badamdar maşın bazarında, istər də gömrük idarəsində Çin avtomobillərinin çox olduğunu görərik. Bundan başqa, Çin maşınları Bakıda əksər avtosalonları da zəbt edib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO