"Bolt" kartla verilən sifarişi ləğv edən sürücüləri CƏRİMƏLƏMƏYƏ BAŞLADI – FOTO

"Bolt" kartla verilən sifarişi ləğv edən sürücüləri CƏRİMƏLƏMƏYƏ BAŞLADI – FOTO

Hazırda oxunan: "Bolt" kartla verilən sifarişi ləğv edən sürücüləri CƏRİMƏLƏMƏYƏ BAŞLADI – FOTO

273539

Azərbaycanda fəaliyyət göstərən "Bolt" taksi şirkəti ödəniş üsulu kart ilə olan sifarişləri ləğv etdiyinə görə sürücüləri cərimələməyə başlayıb.

Bizim.Media Operativ Media-ya istinadən xəbər verir ki, bununla bağlı sürücülər sosial şəbəkədə bildiriblər.

Onlar qeyd ediblər ki, balanslarında birdən-birə mənfi məbləğ yaranıb. "Bolt"un dəstək xidməti isə məsələyə belə münasibət bildirib:

"Kart sifarişlərindən yayındığınıza görə sizə cərimə tətbiq olunub. Bununla bağlı bütün sürücülərə daha əvvəl xəbərdarlıq edilib ki, kart ilə olan sifarişləri ləğv etsəniz, cərimələnə bilərsiniz. Bu hallar təkrarlandıqda isə hesabınıza məhdudiyyətlər tətbiq oluna bilər".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO