"Tələbələr üçün ictimai nəqliyyat pulsuz olmalıdır" – EKSPERT

"Tələbələr üçün ictimai nəqliyyat pulsuz olmalıdır" – EKSPERT

Hazırda oxunan: "Tələbələr üçün ictimai nəqliyyat pulsuz olmalıdır" – EKSPERT

273534

"Bu gün Azərbaycanda tələbələr bir çox şeydən məhrumdurlar. Universitetlərimizin yataqxanaları yetərli deyil. Maddi durumu aşağı olan tələbələr üçün ildən-ilə bahalaşan kirayələr vəziyyəti daha da ağırlaşdırır. Buna bir tərəfdən ictimai nəqliyyat da əlavə olunanda, tələbə yaşayışını təmin etmək üçün müxtəlif yerlərdə işləmək məcburiyyətində qalır ki, bu da onların tədrisdən yayınmasına gətirib çıxarır".

Bizim.Media xəbər verir ki, bunu təhsil eksperti Çingiz Səfərli deyib.

O bildirib ki, təhsil almış gənc nəsillər ölkə iqtisadiyyatının gələcək inkişafının əsasını təşkil edir. Onların təhsil almasına dəstək uzunmüddətli iqtisadi artım üçün vacibdir:

"Bütün bunları nəzərə alsaq, hesab edirəm ki, bizdə tələbələr üçün ictimai nəqliyyat tamamilə pulsuz olmalıdır. Ya da elə güzəşt tətbiq edilməlidir ki, həqiqətən tələbələr yararlansınlar və bu mexanizm fayda versin. Yəni, 10, 20 faiz güzəşt etmək effektiv nəticə verməz.
 

Tələbələrin əksəriyyəti gündəlik həyatda ictimai nəqliyyatdan istifadə etdiyindən, belə güzəştlər onların maddi xərclərini müəyyən qədər azaltmış. Dünyanın bir çox ölkəsində illərdir bu təcrübə var. Məsələn, Litvada tələbələr sabit (aylıq) biletlərdə 80%, bir dəfəlik səyahətlərdə isə 50% endirim əldə edirlər. Endirimdən yararlanmaq üçün tələbə statusunu göstərən kartın təqdim olunması kifayət edir. Çexiyada "season ticket" adlanan müddətli abunə‑kartlar var ki, tələbələrə həm şəhərdaxili, həm də şəhərlərarası nəqliyyatda sərfəli səyahət imkanı verir. Birləşmiş Ərəb Əmirliklərində tələbələr "Student NOL Card" adlı tələbə kartı vasitəsilə metro, avtobus və digər ictimai nəqliyyat növlərində endirimlərdən faydalanırlar.Türkiyənin böyük şəhərlərində də tələbələr üçün xüsusi kartlar mövcuddur. Məsələn, İstanbul, Ankara və İzmir kimi şəhərlərdə tələbə kartları ilə bir aylıq limitsiz ictimai nəqliyyatdan istifadə və ya müəyyən sayda keçid əldə etmək mümkündür.


Beynəlxalq təcrübələr də göstərir ki, tələbələr üçün ictimai nəqliyyatda güzəştlər yalnız maliyyə baxımından deyil, həm də təhsil prosesinə töhfə baxımından əhəmiyyətlidir".

Ekspert qeyd edib ki, hazırda Təhsilin İnkişafı Fondu tərəfindən icra olunan layihə çərçivəsində tələbələrə müəyyən xidmət sahələrində güzəştlərdən yararlanmaları üçün "TələbəPlus" kartları verilir. Bu kartların gələcəkdə ictimai nəqliyyatda nəzərdə tutulan güzəştlərin tətbiqində də istifadəsi mümkün ola bilər. Güzəştlərin hansı formada edilməsindən asılı olmayaraq elə bir mexanizm seçilməlidir ki, effektiv olsun. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO