Azərbaycanda daha bir nazirlik və komitə birləşdiriləcək

Azərbaycanda daha bir nazirlik və komitə birləşdiriləcək

Hazırda oxunan: Azərbaycanda daha bir nazirlik və komitə birləşdiriləcək

273391

Azərbaycanda struktur islahatları çərçivəsində daha bir neçə nazirlik və komitə birləşdiriləcək. 

Bizim.Media xəbər verir ki, bu sırada Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də adı var.

Belə ki, iki qurumun birləşdirilərək Şəhərsalma, Ekologiya və Təbi Sərvətlər Nazirliyi yaradılacağı bildirilir.

Yaxın vaxtlarda bununla bağlı dövlət başçısı tərəfindən fərman imzalanacağı gözlənilir.
 

Qeyd olunur ki, struktur islahatları zamanı beynəlxalq təcrübə və effektiv idarəetmə amilləri əsas götürülür. Yeri gəlmişkən, qonşu Türkiyədə də ekologiya və şəhərsalma məsələləri ilə eyni qurum - Çevrə, Şəhərçilik və İqlim Dəyişikliyi Nazirliyi məşğul olur.


Azərbaycanda da məhz Türkiyə modelinin tətbiq ediləcəyi vurğulanır. Bu model bir sıra Avropa ölkələrində, məsələn, Fransada (Ekologiya, Davamlı İnkişaf, Nəqliyyat və Mənzil Təsərrüfatı Nazirliyi) da tətbiq olunur. Yaxud İsveçrədə ekologiya, nəqliyyat, energetika və rabitə sahələri ilə vahid qurum - Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə Nazirliyi məşğul olur. (Bakupost.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO