Kəlbəcər və Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Kəlbəcər və Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Hazırda oxunan: Kəlbəcər və Şahdağa qar yağıb - FAKTİKİ HAVA

273360

Oktyabrın 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, oktyabrın 1-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Yüksək dağlıq ərazilərə-Kəlbəcər və Şahdağa isə qar yağıb.
 

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 13, Lerikdə 11, Daşkəsən, Oğuz, Qax (Sarıbaş), Gədəbəydə 9, Astara, Yardımlıda 7, Zaqatala, Göygöldə 6, Mingəçevirdə 5, Qusar, Şəmkir, Balakəndə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yevlax, Naftalan, Quba, Lənkəran, İsmayıllı, Gəncə, Sabirabad, Xaçmaz, Qəbələ, Şamaxı, Xınalıq (Quba) Şabran, Ceyrançöl, İmişli, Göyçay, Tovuz, Tərtər, Ağdam, Cəlilabad, Bərdə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 3 mm-dək qeydə alınıb.


Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçalada 20, Culfada 18, Şabranda 16 m/s-yə çatıb.

Şamaxı, Daşkəsən, Qax (Sarıbaş), Qusar, Qrız (Quba), Şəki, Zaqatala, Balakən, Şahdağ, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO