Məktəb avtobusları zolağa daxil ola bilərmi? - AÇIQLAMA

Məktəb avtobusları zolağa daxil ola bilərmi? - AÇIQLAMA

Hazırda oxunan: Məktəb avtobusları zolağa daxil ola bilərmi? - AÇIQLAMA

273339

Azərbaycanda oktyabrın 1-dən istifadəyə veriləcək məktəb avtobuslarının avtobus zolaqlarına daxil olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məktəb avtobusları avtobus zolaqlarına daxil ola bilməyəcək.

Məlumata əsasən, avtobus zolaqlarında yalnız müntəzəm avtobus marşrutları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər.

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq. O, qeyd edib ki, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO