İtaliya Prezidentinin Bakı səfəri – Strateji münasibətlərin inkişafında YENİ MƏRHƏLƏ

İtaliya Prezidentinin Bakı səfəri – Strateji münasibətlərin inkişafında YENİ MƏRHƏLƏ

Hazırda oxunan: İtaliya Prezidentinin Bakı səfəri – Strateji münasibətlərin inkişafında YENİ MƏRHƏLƏ

273336

İtaliya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında artıq uzun illərdir davam edən strateji münasibətlərin intensiv şəkildə irəliləməsinin əyani göstəricisidir. Bu səfərin həm beynəlxalq kontekst, həm enerji təhlükəsizliyi baxımından, həm də iqtisadi-ticari və humanitar istiqamətlərdə əhəmiyyətli nəticələri olacaq.

Belə yüksək səviyyəli qarşılıqlı səfərlər ilk növbədə tərəflər arasında qarşılıqlı etimadın göstəricisidir.

Vurğulamaq yerinə düşər ki, İtaliya Azərbaycanın müstəqilliyini tanıyan və burada diplomatik nümayəndəlik açan ilk Avropa dövlətlərindən olmuşdur. 
 

Sonrakı illərdə tərəflər arasında münasibətlər gücləndirildi, müntəzəm səfərlər həyata keçirildi, müxtəlif sahələrdə, xüsusən enerji, təhsil, mədəniyyət, tikinti və ixrac-idxal üzrə əməkdaşlıq genişləndi.  


Enerji sahəsində tərəfdaşlıq artıq uzun müddətdir iki ölkənin diqqət mərkəzindədir. Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsi ilə Azərbaycan qazının İtaliyaya və oradan da Avropanın digər ölkələrinə ötürülməsi enerji təhlükəsizliyi baxımından əhəmiyyətli rol oynayır.

Bu, sadəcə karbohidrogen ixracı deyil - siyasi və strateji etimadın praktiki formasıdır. Avropanın alternativ enerji mənbələrinə ehtiyac duyduğu bir dönəmdə bu məsələ xüsusilə vacibdir. Son illərdə Azərbaycan-İtaliya arasında ticarət dövriyyəsi də əhəmiyyətli dərəcədə artıb. Məsələn, 2025-in ilk iki ayında ticarət həcmi 2024-ün eyni dövrü ilə müqayisədə 24,6% artaraq 2,28 milyard ABŞ dollarına çatıb ki, burada Azərbaycandan edilən ixrac da mühüm üstünlük təşkil edib.  

İqtisadi əlaqələrin güclənməsi, yalnız neft və qaz sektorlarında deyil, həm də qeyri-neft sahələrində-kənd təsərrüfatı, tikinti, təhsil sektorunda da  müşahidə olunur.

Beləliklə, İtaliya Prezidentinin Sercio Mattarellanın Bakıya ikinci rəsmi səfəri həm mövcud tərəfdaşlığın daha da irəliləməsi, həm də hər iki tərəf üçün yeni-yeni imkanlar yaranması baxımından strateji əhəmiyyət kəsb edir. 

Ülviyyə Zülfiqar - siyasi şərhçi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO