Bakıda "diplom satan"a cinayət işi açıldı

Bakıda "diplom satan"a cinayət işi açıldı

Hazırda oxunan: Bakıda "diplom satan"a cinayət işi açıldı

273330

Bakıda akademiyaya qəbul olunub təhsil almaq istəyənə qarşı dələduzluq edilib.

Bizim.Media xəbər verir ki, zərərçəkən Vahid Əmiraslanov (soyad şərtidir) iş yerindən diplom tələb olunduğu üçün akademiyalardan birinə qəbul olunmaq istəyib.

Bunu eşidən 48 yaşlı Altay Babayev (soyad şərtidir) bu işdə ona kömək edəcəyini deyib. Bunun üçün Vahiddən 6500 manat istəyib.

İttiham aktına görə, Altay Vahidə deyib ki, həmin pul qarşılığında akademiyanın radioelektron avadanlıqları fakültəsinə qəbul olunub qiyabi təhsil alacaq və 4 il sonra diplomu əldə edəcək. Lakin o, aldığı 6500 manat əvəzində vədini yerinə yetirməyərək, Vahidi aldadıb. Nəticədə zərərçəkən məcbur qalaraq, polisə şikayət edib.

Şikayətdən sonra Altay saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi açılıb.
 

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, dəymiş ziyanı zərərçəkənə tam ödəyib və əməlindən peşmandır. Həmçinin dələduzluqla əldə etdiyi 6500 manatın 25 faizini dövlət nəfinə köçürüb. Buna görə, məhkəmədən cinayət işinə xitam verilməsini xahiş edib.


Xəzər rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və Altay Babayev məsuliyyətdən azad olunub. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO