Qubada erkən nikah və narkomaniyaya qarşı birgə mübarizə ÇAĞIRIŞI - FOTO

Qubada erkən nikah və narkomaniyaya qarşı birgə mübarizə ÇAĞIRIŞI - FOTO

Hazırda oxunan: Qubada erkən nikah və narkomaniyaya qarşı birgə mübarizə ÇAĞIRIŞI - FOTO

273240

Qubada narkomaniya və erkən nikahın fəsadları mövzularında tədbir keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quba rayon Polis Şöbəsinin, Rayon İcra Hakimiyyətinin və Quba rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun Alekseyevka kənd tam orta məktəbində “Narkomaniyaya, erkən nikahlar və digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda rayonun təhsil işçiləri ilə görüş keçirilib.

Görüşdə Quba rayon Polis Şöbəsinin rəisi polis polkovniki Mehman Əliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və digər şəxslər çıxış ediblər.

Çıxış edənlər narkomaniyanın yayılmasının gələcək nəslin sağlamlığı baxımından ciddi təhlükə törətdiyini qeyd ediblər. Bu gün ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizənin dövlət siyasəti olaraq mühüm yer tutduğu qeyd edilib.
 

Həmçinin bildirilib ki, hüquq pozuntularına qarşı əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alınaraq erkən nikah yaşında olan gənclərin məlumatlandırılması və uşaq nikahlarının qarşısının alınmasına da diqqət artırılmalıdır.


Qeyd olunub ki, gənclərin, yetkinlik yaşına çatmayanların idmana, incəsənətə və ictimai faydalı əməyə marağını artırmaq, onları sağlam həyat tərzinə cəlb etmək, antinarkotik dünyagörüşünün formalaşdırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müxtəlif yarışların və müsabiqələrin davamlı olaraq təşkili önəmli məsələlərdəndir.

Sonda müzakirə olunan mövzularla bağlı dinləyicilərin sualları cavablandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO