“Ürək-damar problemlərinin cavanlaşması COVID-dən çox, ölkədə qisa və azhərəkətlilik, pis vərdişlər kimi amillərə bağlıdır”.
Bunu Bizim.Media-ya açıqlamasında COVID19 vaksinasiyasından sonra ürək-damar problemlərinin artması ilə əlaqədar iddialara aydınlıq gətirən tibb üzrə ekspert, professor Adiq Qeybulla bildirib.
O qeyd edib ki, COVID peyvəndi ilə bağlı olan iradlar və iddialar özünü təsdiqləməyib.
Bu vaksinlərlə bağlı aparılan ciddi tibbi araşdırmalar iddia olunan nəticələrə gəlməyə imkan vermir:
“İkincisi ürək damarlarını daraldan, ona spazmatik təsir edən siqaret, qəlyan, elektron siqaret, spirtli, energetik içkilər və bu kimi digər vasitələrdir. Özü də bu vərdişlər qızlar arasında artmaqdadır. Bütün bunlar ürəyə açıq-açığına ziyandır. Onların tərkibində olan kofein, taurin adlı maddələr ürək əzələsini yorur.
Digər tərəfdən də yediyimiz yağlı yeməklər və onun nəticəsində qəbul edilən kalorinin sərf edilməməsi, artıq çəki də ürək-damar sisteminin sıradan çıxmasına gətirib çıxarır. Əlbəttə ki, stessi də unutmaq olmaz, gənclər özlərini realizə edə bilmirlər, çox güclü xroniki stress keçirirlər. Bütün bunlar gənclərə çox neqativ təsir edir, nəticəsi də göz önündədir”.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:14 / 30.09.2025
Ürək-damar problemlərinin artmasına səbəb COVİD peyvəndidir? - Professordan AÇIQLAMA
Hazırda oxunan: Ürək-damar problemlərinin artmasına səbəb COVİD peyvəndidir? - Professordan AÇIQLAMA
Hazırda oxunan: Ürək-damar problemlərinin artmasına səbəb COVİD peyvəndidir? - Professordan AÇIQLAMA
273214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.