Valeh Kərimov: “Onu görəndə hamının üzündə gülüş yaranırdı” -VİDEO

Valeh Kərimov: “Onu görəndə hamının üzündə gülüş yaranırdı” -VİDEO

Hazırda oxunan: Valeh Kərimov: “Onu görəndə hamının üzündə gülüş yaranırdı” -VİDEO

273199

“Bir aya yaxın oteldə qalmışıq, dostluğunu, yoldaşlığını görmüşəm. Çox istedadlı adam idi. Hər adama qismət olmur ki, 2-3 sahədə işləsin və bütün işlərin öhdəsindən gəlsin və sevilsin. Bu gün bura heç kimi məcburi gətirməyiblər. Hamısı onu sevdiyindən vidalaşmağa gəlib”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov əməkdar artist Cabir İmanovla vida mərasimində jurnalistlərə açıqlamasında bildirdi.

V.Kərimov vurğuladı ki, Cabir İmanovun yaratdığı obrazları və zəhməti heç kimin yadından çıxmayacaq:

“Onu görəndə hamının üzündə bir gülüş yaranırdı. Sanki bir yaxın adamını görmüsən. Sadə adam olduğundan hamıyla da mehriban idi. Böyük-kiçik bilirdi, zarafatları da yerində olurdu. Allah balalarına uzun ömür versin ki, atalarının yarımçıq ömrünü doyunca yaşasınlar”.


Aygün Hüseyn, Pərviz Allahverdiyev, Elcan Bəşirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO