“Kontakt” Gürcüstanın ən böyük mall-larından birində mağaza açdı - FOTO

“Kontakt” Gürcüstanın ən böyük mall-larından birində mağaza açdı - FOTO

Hazırda oxunan: “Kontakt” Gürcüstanın ən böyük mall-larından birində mağaza açdı - FOTO

273185

Artıq 4 ildən çoxdur ki, ölkəmizi xaricdə uğurla təmsil edən “Kontakt” Gürcüstanda yeni nailiyyətə imza atdı. Şirkət paytaxt Tbilisinin ən iri və ən çox ziyarət edilən ticarət mərkəzlərindən biri – “East Point”də sayca 5-ci mağazasının açılışını gerçəkləşdirdi.

Cəmi bir neçə gün əvvəl baş tutmuş bu təntənəli açılış tədbirində ziyarətçiləri geniş məhsul çeşidi, xüsusi endirimlər və hədiyyələr sevindirdi. Tərəfdaş brendlərin təşkil etdiyi xüsusi tiraj və sürprizlər açılışa ayrıca rəng qatdı.

Gürcüstanlı müştərilər üçün “Kontakt” mağazaları bir çox səbəblərə görə birinci seçilən ünvandır. Burada həm sərfəli qiymətlər, həm də rahat ödəniş şərtləri təqdim olunur. Müasir və zövqlə qurulmuş atmosfer isə alış-verişi komfortlu və yadda qalan bir təcrübəyə çevirir.

Qeyd edək ki, “Kontakt” 2021-ci ildə Gürcüstan bazarına daxil olub və qısa müddətdə bazarın əsas oyunçularından birinə çevrilib. Azərbaycanda olduğu kimi Gürcüstanda da şəbəkə bir çox qlobal brendlərin rəsmi tərəfdaşı rolunda çıxış edir. Bu 4 ildə “Kontakt” Gürcüstanda alıcılara minlərlə çeşid ilə seçim imkanı yaradıb və daxili faizsiz kredit sistemi təklif edən ölkədəki yeganə şəbəkədir. Şəbəkənin e-ticarət platforması – kontakt.ge isə ayrıca rahat alış imkanlarını təmin edir. Xüsusi olaraq qeyd edilməlidir ki, platforma sürətli çatdırılma xidməti ilə seçilir: Tbilisi və Batumidə çəkisi 15 kiloqrama qədər olan məhsullar cəmi iki saat ərzində ünvanlara çatdırılır.

Xatırladaq ki, hazırda şəbəkə Azərbaycan üzrə ümumilikdə 50-dən çox, Gürcüstanda 5 mağaza, kontakt.azkontakt.ge onlayn mağazaları ilə fəaliyyət göstərir. Şəbəkə ilin sonunadək həm Tbilisidə, həm də ölkənin digər bölgələrində yeni mağazalar açmağı planlaşdırır.









 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO