Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik olunması təklif edilib.
Bizim.Media xəbər verir ki, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxış edib.
Deputat bildirib ki, bələdiyyələrdə yaşayış və qeyri-yaşayış obyektlərindən ildə bir dəfə eyni vergi yığıldığını bildirib:
“Əgər yaşayış obyektlərindən işıq, qaz, su ilə bağlı vergi bir dəfədirsə, qeyri-yaşayışdan üç qat vergi yığılır. Ona görə bu tətbiq də bələdiyyələrdə olmalıdır ki, onların da maliyyə imkanları genişlənsin, gələcəkdə onlar da müvafiq addımların atılmasına xidmət göstərə bilsinlər”.
Komitə sədri əlavə edib ki, bələdiyyələr haqqında 20-dən çox qanun layihəsi var və bunların bir məcəllə şəklində çap olunmasına ehtiyac var.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:05 / 30.09.2025
Bu vergiləri bələdiyyələr yığa BİLƏR
Hazırda oxunan: Bu vergiləri bələdiyyələr yığa BİLƏR
Hazırda oxunan: Bu vergiləri bələdiyyələr yığa BİLƏR
273159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.