“Hamımız şok içərisində idik. Doğrudan da, çox ağır xəbər idi. O bizim əziz dostumuz, çox yaxşı insan idi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış müğənni Zamiq Hüseynov Cabir İmanovun vida mərasimində jurnalistlərə açıqlamasında deyib.
“Onun heç vaxt kiminsə xətrinə dəydiyini görmədik. Hamı onu sevirdi”, - deyə o əlavə edib.
Zamiq Cabir İmanovun səhhəti ilə bağlı şikayətlərinin olub-olmaması məsələsindən də danışıb:
“Heç vaxt şikayətini eşitməmişdim. Özünə baxırdı, hətta ona demişdim ki, “günü-gündən daha da formaya düşürsən, sirrini bizə də de”. Hər gün idman edir, yeməyinə diqqət edirdi”.
Aygün Hüseyn, Pərviz Allahverdiyev, Elcan Bəşirli Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:55 / 30.09.2025
Zamiq: “Heç vaxt görmədim ki, Cabir kiminsə xətrinə dəysin” – VİDEO
Hazırda oxunan: Zamiq: “Heç vaxt görmədim ki, Cabir kiminsə xətrinə dəysin” – VİDEO
Hazırda oxunan: Zamiq: “Heç vaxt görmədim ki, Cabir kiminsə xətrinə dəysin” – VİDEO
273157
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.