Kürdəmirdə avtomobil aşaraq yararsız vəziyyətə düşüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KİA” markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib. Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu.