İsmət Səttarov: “Azərbaycanla Özbəkistan media sahəsində yeni imkanlar əldə edib”

İsmət Səttarov: “Azərbaycanla Özbəkistan media sahəsində yeni imkanlar əldə edib”

Hazırda oxunan: İsmət Səttarov: “Azərbaycanla Özbəkistan media sahəsində yeni imkanlar əldə edib”

273131

“Azərbaycan və Özbəkistan xalqlarını sadəcə ortaq tarix və mədəniyyət deyil, eyni zamanda, qardaşlıq, dostluq və bir-birinə bağlılıq duyğuları birləşdirir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün keçirilən Forum da məhz həmin qardaşlığın bariz nümunəsidir:
 

“Bu münasibətlər dövlətlərimizin rəhbərlərinin şəxsi dostluğu və qardaşlığı sayəsində daha da güclənir. Ölkə başçısı İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev xalqlarımız arasında əsrlərdən gələn dostluğu strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırıblar. Onların siyasi iradəsi nəticəsində ölkələrimiz bu gün bütün sahələrdə, o cümlədən media sahəsində yeni imkanlar əldə edib. Audiovizual Şura olaraq biz inanırıq ki, Azərbaycan və Özbəkistan media qurumları arasında qurulan sıx əməkdaşlıq informasiya mühitimizin sağlam, obyektiv və peşəkar inkişafına mühüm töhfə verəcək”.


İsmət Səttarov qeyd edib ki, bugünkü dövrdə – rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və media dayanıqlılığı məsələlərinin ön plana çıxdığı bir vaxtda, ölkələrimizin bu sahədə birgə fəaliyyət göstərməsi olduqca əhəmiyyətlidir:

“Birgə layihələr, informasiya mübadiləsi, yeni texnoloji trendlərin tətbiqi və peşəkar jurnalistlərimizin təcrübə mübadiləsi qarşılıqlı inkişafımıza xidmət edəcək. Əminəm ki, bu Forum Azərbaycan və Özbəkistan mediası arasında gələcək əməkdaşlığın daha da genişlənməsi üçün növbəti addım və uğurlu bir platforma olacaq”.

Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO