“Media süni intellektdən daha maraqlı kontent yaratmaq üçün yararlanmalıdır” – Əhməd İsmayılov

“Media süni intellektdən daha maraqlı kontent yaratmaq üçün yararlanmalıdır” – Əhməd İsmayılov

Hazırda oxunan: “Media süni intellektdən daha maraqlı kontent yaratmaq üçün yararlanmalıdır” – Əhməd İsmayılov

273127

“Media süni intellektdən daha maraqlı kontent yaratmaq üçün yararlanmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının media sahəsinə tətbiqindən irəli gələn spesifik məsələlərin həlli günümüzün vacib çağrışları sırasındadır:

"Bu yeni bilik və bacarıqlara yiyələnmək, onun verdiyi fürsətləri dəyərləndirərək ölkələrimizn informasiya landşaftını müasirləşdirmək zərurəti artıq hiss olunmaqdadır".

Əhməd İsmayılov qeyd edib ki, media süni intellektdən yalnız forma baxımından təkmilləşmək üçün deyil, eyni zamanda daha maraqlı kontent yaradılması prosesində də yararlanmalıdır:

"Məlumdur ki, kontentin jurnalistika prinsiplərinə uyğun formada hazırlanması, faktların yoxlanılması, analitik təhlillərin və müqayisələrin aparılması, xüsusən də hazırlanmış materialın vizualizasiyası süni intellekt texnologiyalarının tətbiqi olmadan reallaşa bilməz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO