MEDİA-nın İcraçı direktoru: “Özbəkistanla media sahəsində əməkdaşlığımız region üçün nümunə olmalıdır”

MEDİA-nın İcraçı direktoru: “Özbəkistanla media sahəsində əməkdaşlığımız region üçün nümunə olmalıdır”

Hazırda oxunan: MEDİA-nın İcraçı direktoru: “Özbəkistanla media sahəsində əməkdaşlığımız region üçün nümunə olmalıdır”

273123

“Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatıb. İkitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar açıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri II Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.
 

MEDİA-nın icraçı direktoru qeyd edib ki, rəqəmsal media mühitinin nizama salınması, yeni texnologiyaların tətbiqi və jurnalistikanın peşəkar standartlarının qorunması istiqamətində qarşılıqlı təcrübə və bilik mübadiləsi hər iki ölkənin media sektorunun inkişafına mühüm töhfə verəcək:


“Müasir dövrün tələblərindən biri də rəqəmsal medianın sürətli inkişafıdır. Bu inkişaf operativliyi artırmaqla yanaşı, həm də yeni çağırışlar meydana çıxarır. Azərbaycan və Özbəkistan bu çağırışlarla üz-üzədir. Bizim media sahəsində əməkdaşlığımız region üçün nümunə olmalıdır.

Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb və uğurlu layihələr həyata keçirilib.

Mediaturlar, birgə təlimlər və müxtəlif təşəbbüslər həm jurnalistlərimizin peşəkarlığını artırır, həm də cəmiyyətimizin media savadlılığını yüksəldir”, - deyə Ə.İsmayılov vurğulayıb.

MEDİA-nın icraçı direktoru əlavə edib ki, xüsusilə saxta xəbərlərin yayılmasının qarşısını almaq baxımından birgə təcrübə və fikir mübadiləsi mühüm əhəmiyyət daşıyır:

“Əminəm ki, Azərbaycan-Özbəkistan media əməkdaşlığı daha da güclənəcək və region üçün örnək olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO