Nazir: “Məktəbdə innovasiya öyrədilə bilər, əsas məsələ onun hansı üsullarla həyata keçiriləcəyidir”

Nazir: “Məktəbdə innovasiya öyrədilə bilər, əsas məsələ onun hansı üsullarla həyata keçiriləcəyidir”

Hazırda oxunan: Nazir: “Məktəbdə innovasiya öyrədilə bilər, əsas məsələ onun hansı üsullarla həyata keçiriləcəyidir”

273083

“Məktəbdə innovasiya öyrədilə bilər, lakin əsas məsələ onun hansı üsullarla həyata keçiriləcəyidir”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “INMerge” İnnovasiya Sammitində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, təkcə ayrıca ixtisasların və ya magistr proqramlarının artırılması kifayət etmir.

“Məsələ millətin, yeni nəslin necə formalaşdırılmasındadır. Sadəcə “İnnovasiya və Sahibkarlıq üzrə Magistr” proqramı açmaqla sahibkar yetişdirmək mümkün deyil. Bəzən yanlış olaraq yumşaq bacarıqlara (soft skills) diqqət yetirmək texniki bacarıqların (hard skills) əhəmiyyətini arxa plana keçirir. Əslində texniki biliklər mütləq öyrədilməlidir, amma onlar da kifayət deyil. Riyaziyyat, mühəndislik və hüquq kimi fundamental biliklər innovasiyanın əsasıdır. Bu baza olmadan sadəcə “innovasiya haqqında danışmaq” nəticə vermir”, – deyə Emin Əmrullayev vurğulayıb.

Nazir əlavə edib ki, təhsil sisteminin dizaynı da xüsusi əhəmiyyət kəsb edir: “Müəllim mərkəzli, yoxsa şagird mərkəzli yanaşma? 45 dəqiqəlik dərsdə şagirdlər nə qədər, müəllimlər nə qədər danışmalıdır?”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO