Məktəblilər üçün YENİLİK: Azərbaycanda “chatbot” hazırlanır

Məktəblilər üçün YENİLİK: Azərbaycanda “chatbot” hazırlanır

Hazırda oxunan: Məktəblilər üçün YENİLİK: Azərbaycanda “chatbot” hazırlanır

273050

Azərbaycanda rəqəmsal məktəb layihəsi çərçivəsində uşaqların suallarına cavab verəcək "chatbot" hazırlanır.

Bizim.Media xəbər verir ki. bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Emrullayev məlumat verib.

Nazir bildirib ki, bu sistem bütün dərslikləri öyrənəcək və xüsusilə Azərbaycan tarixi, Azərbaycan dili və digər əsas fənlər üzrə şagirdlərə dəstək verəcək: “Yeni strategiyada 2027-2030-cu illər üçün təhsil proqramlarında süni intellektin tətbiqi xüsusi diqqət mərkəzində olacaq. Layihə çərçivəsində ekoloji və iqlim dəyişiklikləri ilə bağlı fənlər üzrə dərsliklər də hazırlanacaq. Məqsəd hər mövzuda yalnız bir dərslik hazırlamaq deyil, əksinə, mövzuya uyğun fərqli sahələr üzrə intelektual və tədris dəstəyini təmin etməkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO