Bakıda İqlim Fəaliyyəti Həftəsinin ilk günü BAŞA ÇATDI

Bakıda İqlim Fəaliyyəti Həftəsinin ilk günü BAŞA ÇATDI

Hazırda oxunan: Bakıda İqlim Fəaliyyəti Həftəsinin ilk günü BAŞA ÇATDI

273033

Bakıda İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb.

Bizim.Media xəbər verir ki, yüksək səviyyəli rəsmilərin iştirakı ilə keçirilən açılış mərasimində COP29-un nəticələri müzakirə edilib.

Həmçinin "yaşıl" iqtisadiyyat, KOB-lar üçün bacarıqların inkişafı, iqlim qanunvericiliyi və ədalətli keçid mövzularında sessiyalar keçirilib.
 

Sözügedən sessiyalar çərçivəsində qlobal öhdəliklərin Azərbaycanda konkret fəaliyyətə çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edən Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planlarının (NAP) transformasiyası, "yaşıl" maliyyənin səfərbər edilməsi və aidiyyəti qurumların gücləndirilməsi kimi mövzular müzakirə olunub.


Bununla yanaşı, həftənin birinci günündə sıfır səviyyəli emissiyaya keçid üçün iqlim qanunvericiliyi və aidiyyəti institutların gücləndirilməsinə həsr olunmuş parlament səviyyəli dəyirmi masa da təşkil olunub. Dəyirmi masada deputat və ekspertlər iqlim qanunvericiliyi sahəsində təcrübələr, eləcə də müstəqil məsləhət şuralarının rolu və özəl sektor investisiyalarının cəlb edilməsi barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO