McDonald’s məhsullarının istehsal prosesi ilə tanışlıq – Azprotein Food’s Group - da mediatur – FOTO

McDonald’s məhsullarının istehsal prosesi ilə tanışlıq – Azprotein Food’s Group - da mediatur – FOTO

Hazırda oxunan: McDonald’s məhsullarının istehsal prosesi ilə tanışlıq – Azprotein Food’s Group - da mediatur – FOTO

272935

Avqustun 22-də “McDonald’s Azərbaycan”ın təşəbbüsü ilə jurnalistlər üçün maraqlı bir mediatur təşkil olunub. Mediaturun məqsədi məşhur restoran şəbəkəsinin istifadə etdiyi mal əti məhsullarının hansı şəraitdə hazırlandığını ictimaiyyətə əyani şəkildə göstərmək və şəffaflığı təmin etmək idi. Səfərin ünvanı Azərbaycanın iri istehsal müəssisələrindən biri – 2012-ci ildən fəaliyyət göstərən AzProtein Food’s Group oldu.

İlk təəssürat – nizam və səliqə

İstehsal sahəsinə daxil olmazdan əvvəl bizə xüsusi geyimlər təqdim edildi, dezinfeksiya prosedurundan keçdik.  


İlk mərhələdə “McDonald’s Azərbaycan”ın təchizat üzrə baş direktoru Anar Osmanov şirkətin şəffaflığı və məhsul təhlükəsizliyi barədə bizi məlumatlandırdı.

Daha sonra AzProtein Food’s Group - un layihə rəhbəri Seymur Əhmədov müəssisənin fəaliyyət prinsipləri barədə bizlərlə ətraflı söhbət apardı.

Heyvanlara tibbi baxış və kəsim prosesi

Səfərin növbəti mərhələsi kəsim öncəsi heyvanlara keçirilən tibbi baxış idi. Baytar həkimlər hər bir heyvanı ayrıca yoxlayır, yalnız kəsim prosesinə hazır olan heyvanlar kəsimə buraxılır.


Kəsimdən öncə  müəssisənin ərazisində işçilər üçün tikilmiş məscidə baxış keçirdik . Bu məqam işçilərin ibadətlərini yerinə yetirmək üçün yaradılan şəraitlə yanaşı, şirkətin halallıq məsələsinə xüsusi diqqət yetirdiyinin göstəricisi idi.

Daha sonra ət kəsim prosesini izlədik. Burada ət halal qaydalara uyğun olaraq kəsilir. Heyvanlardan götürülən ət xüsusi sexlərdə sümüklərdən ayrılır, hissələrə bölünür. Burada çalışan işçilərin hər addımında nizam-intizam və qaydalara ciddi riayət özünü göstərirdi.

Laboratoriya nəzarəti

Ətin hər partiyası laborator analizdən keçirilir. Biz də həmin laboratoriyaya daxil olaraq məhsulların necə testdən keçdiyinin şahidi olduq. Burada hər nümunə xüsusi avadanlıqlarda yoxlanılır, yalnız tam standartlara cavab verənlər qablaşdırmaya göndərilir.

Bişirmə və dad testi


Mediaturun ən maraqlı hissəsi isə bişirmə prosesi idi. Hazırlanan ətlər McDonald’s restoranlarında istifadə olunan eyni qril avadanlığında bişirildi və biz də həmin məhsullardan dadmaq imkanı qazandıq.

Nəticə...

Gördüklərimizdən sonra aydın oldu ki, “McDonald’s”ın uğuru sadəcə restoranlarda gördüklərimizdən ibarət deyil. Həmin yeməklər “McDonald’s” restoranlarında bizim qarşımıza gələnədək uzun bir istehsal prosesindən keçir. Yəni, “McDonald’s”ın uğurlarının arxasında istehsal prosesi, yüzlərlə əməkdaşın zəhməti və hər mərhələdə keyfiyyət nəzarəti dayanır.

Mediatur həmçinin onu da nümayiş etdirdi ki, yerli istehsal qlobal şəbəkələrin təchizatında mühüm yer tutur. Bu, Azərbaycanın ərzaq sənayesinin inkişafı baxımından vacib və strateji addımlardan biridir.














Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO