Yataqda hərəkətsiz qalmaq beyinin xəbərdarlıq mesajıdır

Yataqda hərəkətsiz qalmaq beyinin xəbərdarlıq mesajıdır

Hazırda oxunan: Yataqda hərəkətsiz qalmaq beyinin xəbərdarlıq mesajıdır

272919

Telefonla yataqda uzun müddət uzanmaq və gündəlik işlərdən imtina etmək bəzən tənbəllik deyil, psixoloji və fiziki resursların tükənməsi ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, bu barədə "gazeta.ru"ya açıqlamasında psixoloq, Piroqov Universitetinin dosenti Vladislav Sotnikov bildirib.
 

"Belə hallarda beyin enerji qoruma rejiminə keçir və bu, gərginlik və ya yüklənmədən sonra yaranan "passiv özünütənzimləmə" formasıdır. Əgər insan bir neçə saat yataqda uzandıqdan sonra normal fəaliyyətinə qayıdırsa, bu, təbii proses hesab olunur. Lakin bu vəziyyət mütəmadi hal alır, yuxu, qidalanma və ünsiyyəti əvəz edir, həmçinin günahkarlıq və faydasızlıq hissi yaradırsa, bu, artıq xəbərdarlıq sayılır".


Sotnikov qeyd edib ki, belə durumda yataqda uzanmaq yalnız "ilk yardım" rolunu oynayır, lakin problemin həlli deyil. Psixoloq alternativ yollar axtarmağı məsləhət görür.

"Enerjinin tam tükəndiyi anlarda telefonu kənara qoyaraq gözləri bağlı 10 dəqiqə dincəlmək, eləcə də kiçik hərəkətlər, məsələn, qalxmaq, pəncərəni açmaq və ya üz yumaq beynin "yenidən işə düşməsinə" kömək edir". (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO