Xankəndidə mənzildən oğurluq edən fəhlələrə elektron qolbaq taxıldı

Xankəndidə mənzildən oğurluq edən fəhlələrə elektron qolbaq taxıldı

Hazırda oxunan: Xankəndidə mənzildən oğurluq edən fəhlələrə elektron qolbaq taxıldı

272905

Xankəndi Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən S.S. və M.M.-in (hər iki şəxsin adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttiham aktına əsasən, S.S. və M.M. qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talamaq məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olublar.

Belə ki, onlar 10 iyul 2025-ci il tarixdə saat 13 radələrində Xankəndi şəhərində yerləşən dörd mərtəbəli binanın birinci mərtəbəsində zərərçəkmiş N.N.-in (adı, soyadı şərtidir) istifadəsində və sahibliyində olan mənzilə pəncərədən qanunsuz daxil olaraq oğurluq ediblər.
 

Hadisə zamanı onlar 1 cüt, ümumi dəyəri 625 manat olan 585 əyyarlı, 5 qram çəkili qızıl köynək sancağını, 2 ədəd ümumi dəyəri 270 manat olan gitaranı və 1 ədəd dəyəri 50 manat olan hava fenini talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 945 manat məbləğində maddi ziyan vurublar.


Hadisədən sonra hər iki şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Qeyd edək ki,  S.S. və M.M. Xankəndi şəhərində fəaliyyət göstərən MMC-lərdən birində fəhlə işləyirlər. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO