4 həmkəndlisini bıçaqlayan 23 yaşlı oğlan TUTULDU

4 həmkəndlisini bıçaqlayan 23 yaşlı oğlan TUTULDU

Hazırda oxunan: 4 həmkəndlisini bıçaqlayan 23 yaşlı oğlan TUTULDU

272894

İsmayıllıda həmkəndlilərini bıçaqlayan şübhəli tutulub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, sentyabrın 28-də saat 23 radələrində İsmayıllı rayonunun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində insident olub.

Hadisədə rayon sakinləri — 2005-ci il təvəllüdlü, 2008-ci il təvəllüdlü, 2007-ci il təvəllüdlü və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli, 2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək tutulub. Faktla bağlı araşdırmalar aparılır.


Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO