MDB Oyunlarının açılışında "DƏMİR YUMRUQ" nümayiş etdirildi - VİDEO

MDB Oyunlarının açılışında "DƏMİR YUMRUQ" nümayiş etdirildi - VİDEO

Hazırda oxunan: MDB Oyunlarının açılışında "DƏMİR YUMRUQ" nümayiş etdirildi - VİDEO

272877

Bu gün Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində Qarabağ müharibəsinə həsr olunmuş “Dəmir yumruq” adlı səhnə kompozisiyası təqdim olunub.

Səhnədə qara qüvvələrin Azərbaycanın müxtəlif bölgələrini işğal etməsi simvolik olaraq əks olunub. Arenada yer alan xarıbülbül çiçəyi düşmən tərəfindən tapdanır, bununla da xalqımızın üzləşdiyi ağrı-acı və işğal illərinin iztirabları təsvir edilir. Ardınca isə 44 günlük Vətən müharibəsində göstərilən rəşadət, qəhrəmanlıq və mübarizə canlandırılır. “Dəmir yumruq” rəmzinin səhnədə təqdim olunması isə düşmənin məhv edilməsini və tapdaq altında qalmış torpaqlarımızın azadlığının bərpa etməsini özündə əks edirib.

Kompozisiya özündə müasir Azərbaycan tarixinin şanlı zəfərini, xalqımızın iradəsini və birliyini təcəssüm etdirir.

Daha ətraflı keçiddə:




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO