DİQQƏT: Bu şəxslərin "prava" almaq hüququ məhdudlaşdırıla bilər...

DİQQƏT: Bu şəxslərin "prava" almaq hüququ məhdudlaşdırıla bilər...

Hazırda oxunan: DİQQƏT: Bu şəxslərin "prava" almaq hüququ məhdudlaşdırıla bilər...

272791

Rusiya Federasiyasında sentyabr ayından qüvvəyə minən qanuna əsasən, boyu 150 santimetrdən az olan şəxslərə sürücülük vəsiqəsi verilməyəcək. Bəs, Azərbaycanda sürücülük hüququ almaq üçün boy məhdudiyyəti tətbiq edilməlidirmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, qanunların qəbulu və ya onlara əlavə və düzəlişlərin olunması müəyyən zərurətdən irəli gəlir:

Hüquqşünas Ramil Süleymanov: “Sumqayıtda söküntü aparan şirkət sakinləri qorxudur” | Sumqayit24.az
 

“Əgər Rusiya tərəfindən qəbul edilmiş qanunun səbəbi sırf boyun balaca olması nəticəsində qəzaların və digər hadisələrin qarşısını almaqdırsa, bu, onların statistik məlumatlarına əsaslana bilər. Amma bu, o demək deyil ki, orada qəbul olunan qanun digər qonşu ölkələrdə də tətbiq edilməlidir”.


Vəkilin sözlərinə görə, Azərbaycan qanunvericiliyində sürücülük hüququ almaq üçün boy məhdudiyyəti yoxdur:

“Hətta cırtdan boylu şəxslər də avtomobilin daxili konfiqurasiyası uyğunlaşdırıldığı halda imtahan verib sürücülük vəsiqəsi əldə edə bilirlər. Bu səbəbdən də əlavə dəyişikliklərə ehtiyac yoxdur. Bundan başqa, əgər belə bir məsələ gündəmə gələcəksə, əvvəlcə müvafiq dinləmələr və ictimai müzakirələr aparılmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO