Vatsapda daha bir FUNKSİYA YARADILIR

Vatsapda daha bir FUNKSİYA YARADILIR

Hazırda oxunan: Vatsapda daha bir FUNKSİYA YARADILIR

27278

Məşhur messencerlərdən olan vatsapda istifadəçilərin göndərəcəyi videoçarxların keyfiyyətini seçməyə imkan verəcək yeni funksiya işə salınacaq.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Wabetainfo.com” nəşri yayıb.

Yeni funksiya “Android” əməliyyat sistemli smartfonların vatsapında mümkün olacaq. İstifadəçi videonun göndərilməsi vaxtı üç variant seçə biləcək: "Avto" (tövsiyyə edilir), "Ən yüksək keyfiyyət" və "Məlumatların qənaəti".

Yeni funksiyanın bütün istifadəçilərə məhz nə vaxt əlçatan olacağı açıqlanmır. Daha əvvəl bildirilib ki, vatsap messencerinin “Android" mobil telefon smartfonları istehsalçıları istifadəçilərin yalnız bir dəfə görə biləcəyi multimedia sənədlərini göndərməyə imkan verən yeni funksiyanı da işə salacaq. Multimedia faylları yalnız bir görüntüdən sonra yox olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO