Dənizçilər şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq gəmilərdən fit səsi VERDİLƏR - FOTO

Dənizçilər şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq gəmilərdən fit səsi VERDİLƏR - FOTO

Hazırda oxunan: Dənizçilər şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq gəmilərdən fit səsi VERDİLƏR - FOTO

272714

Bu gün saat 12:00-da ölkə ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Bizim.Media-ya bildirilib ki, dənizçilər də sükut dəqiqəsinə qoşulub və ehtiram əlaməti olaraq gəmilərdən fit səsi veriblər.
 

Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.


Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO