Qusarda şəhidlərimizin xatirəsi ehtiramla yad edildi – FOTO

Qusarda şəhidlərimizin xatirəsi ehtiramla yad edildi – FOTO

Hazırda oxunan: Qusarda şəhidlərimizin xatirəsi ehtiramla yad edildi – FOTO

272695

27 Sentyabr - Anım Günündə ölkəmizin hər yerində olduğu kimi Qusar rayonunda da şəhidlərimizin xatirəsi ehiramla yad edilib.

Bizim.Media xəbər verir ki, Anım Günündə Qusar Rayon İcra Hakimiyyətinin Başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Şəhidlər xiyabanının ziyarət edilməsi ilə başlayıb. Şəhid məzarlarının önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, şəhidlərin əziz xatirələri yad edilib.

Anım Günü ilə əlaqədar rayon ərazisində ağacəkmə aksiyası keçirilib, 130 ədəd müxtəlif növ ağac əkilib.

Rayon ərazisində saat 12:00-da ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO