Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Hazırda oxunan: Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

27267

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş icazəsi istəyib.

QSC-dən Bizim.Media-ya bildirilib ki, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO