Bakıda təmir-bərpa işləri apararkən yıxılan kişi belə xilas edildi – VİDEO

Bakıda təmir-bərpa işləri apararkən yıxılan kişi belə xilas edildi – VİDEO

Hazırda oxunan: Bakıda təmir-bərpa işləri apararkən yıxılan kişi belə xilas edildi – VİDEO

272654

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1972-ci il təvəllüdlü Nağıyev Azər Ələkbər oğlu ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyündə təmir-bərpa işləri apararkən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və evin divarı ilə hasarı arasında köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər zərərçəkmiş A.Nağıyevi xüsusi vasitələrin köməyi ilə ərazidən təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO