Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən TƏQDİM OLUNACAQ

Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən TƏQDİM OLUNACAQ

Hazırda oxunan: Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən TƏQDİM OLUNACAQ

272618

Dövlət Vergi Xidməti tərəfindən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”, onun əlavələrinin formaları və tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilib.

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, vergi ödəyicilərinə xidmətin daha da sadələşdirilməsi məqsədilə yeni redaksiyada təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” forması oktyabrın 1-dən şəxsi elektron kabinet üzərindən təqdim olunacaq.

Qeyd olunub ki, indiyədək bu bəyannamə müvafiq interfeys vasitəsilə ayrıca təqdim edilirdi, digər vergilərə dair bəyannamələr isə vahid şəkildə elektron kabinetdən göndərilirdi. Artıq bu sistem şəxsi kabinetə tam inteqrasiya olunub və vergi ödəyiciləri muzdlu işlə əlaqədar bəyannaməni də e-kabinet üzərindən təqdim edə biləcəklər.
 

Yenilik sahibkarların inzibati yükünü azaldacaq, bütün bəyannamələrin vahid mənbədən təqdim olunmasına imkan verəcək. Nəticədə vaxt itkisi aradan qaldırılacaq, rəqəmsal şəffaflıq və hesabatlılıq daha da güclənəcək. Sahibkarlıq subyektləri üçün hesabat prosesləri sadələşdiriləcək, bununla da vergi öhdəliklərinin vaxtında və rahat yerinə yetirilməsinə daha münbit şərait yaranacaq.


Dövlət Vergi Xidməti bütün vergi ödəyicilərini oktyabrın 1-dən İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) şəxsi kabinet vasitəsilə bu imkandan yararlanmağa dəvət edir.

Yeni bəyannamə (hesabat) forması, onun əlavələri və doldurulma qaydaları ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: //www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO