Marketdə saxta alkoqollu içkilər AŞKARLANDI - FOTO

Marketdə saxta alkoqollu içkilər AŞKARLANDI - FOTO

Hazırda oxunan: Marketdə saxta alkoqollu içkilər AŞKARLANDI - FOTO

272590

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tərtər rayonunun Şıxarx qəsəbəsində fəaliyyət göstərən və Südabə Allahverən qızı Əsgərovaya məxsus olan marketdə yoxlama aparıblar.

Bu barədə Bizim.Media-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı marketdə satışa təqdim edilən “Banketnaya” əmtəə nişanlı alkoqollu içkilərin saxta olduğu və mənşəyi məlum olmayan spirtdən hazırlandığı müəyyən edilib.

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, məhsullar satışdan kənarlaşdırılıb.

Araşdırmalar davam etdirilir.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO