Bakıda qardaşı arvadını barda tutan kişi CƏRİMƏLƏNDİ

Bakıda qardaşı arvadını barda tutan kişi CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Bakıda qardaşı arvadını barda tutan kişi CƏRİMƏLƏNDİ

272544

Bakıda polisin qanuni tələbinə məhəl qoymayan şəxs həbs olunub.

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, T.Əlibəyov küçəsində qeydə alınıb.
 

39 yaşlı Mahir Qurbanov (adı və soyadı şərtidir) rayon ərazisində fəaliyyət göstərən gecə klublarının birində (barda) həbsdə olan qardaşının arvadını görüb. Bu zaman hiddətlənərək, ona xəsarət yetirib. Daha sonra özü polisə zəng edərək məlumat verib.


Hadisə yerinə gələn Səbail Rayon Polis İdarəsi 9-cu Polis Şöbəsinin əməkdaşları onu bölməyə aparıblar.

Lakin Mahir Qurbanov saxlanılarkən polisə tabe olmayaraq, ictimai asayişi pozub. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib olunub.

Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Mahir Qurbanov barəsində 150 manat məbləğində cərimə təyin olunub.

Lakin onun qardaşı arvadına xəsarət yetirməsinə görə isə cinayət işi açılaraq, ayrıca istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO