Balıq alarkən nələrə diqqət etməliyik? - AÇIQLAMA

Balıq alarkən nələrə diqqət etməliyik? - AÇIQLAMA

Hazırda oxunan: Balıq alarkən nələrə diqqət etməliyik? - AÇIQLAMA

272488

Balıq mətbəximizin əsas və faydalı qidalarından biridir. Lakin balıq alarkən keyfiyyətli və təzə məhsul seçmək vacibdir ki, həm sağlamlığımız qorunsun, həm də yeməyimiz dadlı olsun.
Bəs balıq alarkən hansı nüasnlara diqqət etməliyik?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı milli.az-a danışan qida eksperti Ağa Salamovun sözlərinə görə, balığın gözü parlaq və şəffaf olmalıdır:

"Təzə balığın gözləri açıq, parlaq və şəffaf olur. Əgər gözlər bulanıq və ya çökmüşdürsə, bu, balığın artıq köhnə və keyfiyyətsiz olduğunu göstərir.

Təzə balıq dənizdən gələn təmiz və xoş qoxuya malikdir. Əgər balıq xoşagəlməz, kəskin və ya çürümüş qoxu verirsə, onun alınması təhlükəlidir. Balığın dərisi parlaq, sıx və sağlam görünməlidir. Əti isə elastik və sıx olmalıdır; barmağınızla basanda dərhal əvvəlki formasına qayıtmalıdır. Əgər ət yumşaqdırsa və barmaq izləri qalırsa, bu, köhnəlmənin əlamətidir. 
 

Təzə balığın qanı tünd qırmızı olur və qanama təzəliyin göstəricisidir. Qan rəngi açıq və ya solğun olarsa, bu, balığın təzə olmadığını xəbər verir. Balıq alan zaman satış yerinin təmiz, soyuducu ilə təmin olunmuş və gigiyenik olmasına diqqət yetirmək lazımdır. Həmin şəraitdə saxlanmayan balıq sağlamlıq üçün təhlükə yarada bilər".


Ekspert qeyd edir ki, balıq alarkən bu sadə, amma önəmli qaydalara əməl etməklə, keyfiyyətli və sağlam məhsul seçmək mümkündür. Unutmayın ki, düzgün seçilmiş balıq həm mətbəxdə, həm də sağlamlıq üçün faydalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO