III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində ÇALIŞIR

III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində ÇALIŞIR

Hazırda oxunan: III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində ÇALIŞIR

272418

28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək III MDB Oyunları ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gücləndirilmiş iş rejimində çalışır.

Bizim.Media AYNA-ya istinadən xəbər verir ki, agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçiriləcəyi şəhərlərə tam heyətlə cəlb olunublar.

Oyunlarda çıxış edəcək idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətləri ilə təmin edilməsi həyata keçirilir.

III MDB Oyunları ilə əlaqədar Azərbaycana gələn qonaqlar həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanına üz tutur. Nümayəndə heyətlərinin hava limanlarından daşınması təşkil edilmiş şatllarla həyata keçirilir. Hava limanı daşımaları üçün 40 "Neoplan" markalı avtobus ayrılıb.
 

Sentyabrın 24 və 25-də oyunlarla əlaqədar AYNA tərəfindən 6 reys həyata keçirilib və 9 avtobusla 180 sərnişin hava limanlarından tədbirlərin keçiriləcəyi şəhərlərə rahat və təhlükəsiz şəkildə aparılıb.


Həmçinin tədbirlərin keçiriləcəyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 "Yutong" və "Neoplan" markalı avtobus ayrılıb. Bu avtobuslardan 10-u bu gündən Qəbələdə başlayan oyunlar üçün iştirakçıların yarış məkanlarına çatdırılmasını təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO