Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə Saray, Mehdiabad və Qobu Polis Bölmələrinin əməkdaşları hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib.
Bizim.Media xəbər verir ki, tədbilər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 9 fakt aşkarlanıb. Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 14 nəfər saxlanılıb, "isti izlərlə" 29 cinayətin üstü açılıb.
Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 67, xırda xuliqanlıq və xırda talama hadisələri ilə əlaqədar 74 fakt aşkarlanıb. Həmçinin, Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan bir neçə odlu silah-sursatlar könüllü polisə təhvil verilib.
Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 4, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 23, eləcə də dayanma-durma qaydalarını pozan sürücülər barəsində də inzibati tənbeh tədbirləri görülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:57 / 25.09.2025
Polis Abşeronda əməliyyat keçirdi: 14 nəfər saxlanıldı – FOTO
Hazırda oxunan: Polis Abşeronda əməliyyat keçirdi: 14 nəfər saxlanıldı – FOTO
Hazırda oxunan: Polis Abşeronda əməliyyat keçirdi: 14 nəfər saxlanıldı – FOTO
272413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.