Dəmir yolunda tələbə və təqaüdçülərə güzəştlər EDİLƏCƏK? – RƏSMİ AÇIQLAMA

Dəmir yolunda tələbə və təqaüdçülərə güzəştlər EDİLƏCƏK?RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Dəmir yolunda tələbə və təqaüdçülərə güzəştlər EDİLƏCƏK?RƏSMİ AÇIQLAMA

272397

Sentyabrın 22-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev çıxışında bildirdi ki, avtobuslarda vahid, nağdsız ödəniş sistemi tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gedişhaqqı mexanizmlərinin tətbiqi mümkün olacaq.

Bu addım həm tələbələr, həm də təqaüdçülər tərəfindən müsbət qarşılanıb.

Onlara maraqlıdır ki, bu güzəştlər “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də də tətbiq olunacaq?

Qurumun mətbuat katibi Bəxtiyar Hacıyev Bizim.Media-ya açıqlamasında bildirib ki, hələ ki, belə bir addım nəzərdə tutulmayıb:

“Amma məsafəyə görə gediş haqqı yeniliyi ilk dəfə ADY-də tətbiq olunub. Əlavə olaraq, rayonlararası istiqamətlərdə səfər edən sərnişinlər dinamik qiymət siyasətinə uyğun olaraq biletlərini öncədən aldıqda 15 %-ə qədər endirim əldə edə bilirlər”,-deyə Bəxtiyar Hacıyev bildirib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO