Hər evdə olan dərmanın inanılmaz TƏHLÜKƏSİ - Xüsusilə qadınlar UZAQ DURSUN!

Hər evdə olan dərmanın inanılmaz TƏHLÜKƏSİ - Xüsusilə qadınlar UZAQ DURSUN!

Hazırda oxunan: Hər evdə olan dərmanın inanılmaz TƏHLÜKƏSİ - Xüsusilə qadınlar UZAQ DURSUN!

272380

ABŞ administrasiyası hamiləliyin erkən dövrlərində parasetamol qəbulunun uşaqlarda autizm riskini artırması ilə bağlı ehtimal olunan əlaqə haqqında bəyanat verməyə hazırlaşır. Qərarın əsasını Harvard və Mount Sinai xəstəxanasının apardığı tədqiqatlar təşkil edir. Bu araşdırmalarda belə bir asılılığın mümkünlüyü bildirilir.

Qeyd edək ki, parasetamol (acetaminophen) hamiləlik dövründə ən çox istifadə olunan ağrıkəsicilərdən biridir və ümumilikdə təhlükəsiz hesab edilir. Xalq arasında əsasən qızdırma salan dərman kimi tanınsa da ümumilikdə ağrıkəsici  – baş ağrısı, diş ağrısı, əzələ ağrılarında istifadə olunur. Yəni parasetamol həm qızdırmanı salır, həm də ağrını yüngülləşdirir.

Həkim-pediatr Gülşən Hüseynli Bizim.Media-ya açıqlamasında bildirdi ki,  adətən uşaqlarda yüksək temperatur zamanı parasetamol tərkibli şərbətlər verilir.  

“Hamilə qadınlarda da yüksək hərarət olduqda, ilk seçimlərdən biri olaraq parasetamol tövsiyə edilir. Sadəcə hamiləliyin erkən və ya orta dövrlərində yüksək dozada və uzun müddət parasetamol qəbulu ana və uşaqda müəyyən nevroloji inkişafla bağlı risk daşıyır, amma autizm yaratması öz təsdiqini hələ ki tapmayıb. Çünki autizm Daun sindromundan fərqli olaraq hamiləlik zamanı bəlli olmur, uşaqlarda 2-3 yaşından etibarən özünü büruzə verir”.

Həkim bildirir ki, bu qənaətlərin çoxu müşahidə xarakterlidir, fərdi nəticələrdir.

“Məlum məsələdir ki, hamilə qadınlar uşağın sağlam doğulması və inkişafı üçün hər dərmanı qəbul edə bilməz. İstənilən uzunmüddətli dərman qəbulu problemlərə yol aça bilər. Bundan başqa, genetik meyllər, anaların fiziki və psixioloji vəziyyəti də ümumi nəticəyə təsir edə bilər. Ona görə də hamilə qadınlara ağrı və hərarət üçün parasetamola ehtiyac olduqda, mümkün qədər qısa müddət və aşağı dozada istifadə edilməsi tövsiyə olunandır”.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO