Vətən müharibəsində xüsusi xidmətləri olmuş FHN əməkdaşları mükafatlandırıldı - FOTO

Vətən müharibəsində xüsusi xidmətləri olmuş FHN əməkdaşları mükafatlandırıldı - FOTO

Hazırda oxunan: Vətən müharibəsində xüsusi xidmətləri olmuş FHN əməkdaşları mükafatlandırıldı - FOTO

27236

Ağdam rayonunun Quzanlı qəsəbəsində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində xüsusi xidmətləri olmuş Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mükafatlandırma mərasimində dövlət rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərləri, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi ziyarət olunub, önünə əklil və gül dəstələri düzülüb.

FHN Qarabağ Regional Mərkəzində keçirilən mərasimdə çıxış edənlər 44 günlük haqq savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı tarixi zəfərdən, xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyulmasından danışıblar.

Rəsmi hissə bitdikdən sonra Ağdam Musiqi Məktəbinin şagirdlərinin maraqlı çıxışı olub.

Fövqəladə Hallar Nazirliyinin 120 əməkdaşına fəxri fərman və hədiyyələr təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO