Azərbaycanda terror planlaşdıran Ammar Azeriyə HÖKM OXUNDU

Azərbaycanda terror planlaşdıran Ammar Azeriyə HÖKM OXUNDU

Hazırda oxunan: Azərbaycanda terror planlaşdıran Ammar Azeriyə HÖKM OXUNDU

272355

Azərbaycanda terrorçuluqda təqsirləndirilən Zeynəddin Hacıyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ammar Azeri ləqəbi ilə bilinən Zeynəddin Hacıyev adı açıqlanmayan konkret qapalı ictimai məkana silahlı basqınla müşayiət olunan terror əməllərinə hazırlığa görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, DTX tərəfindən həbs olunmuş Zeynəddin Hacıyev AR Cinayət Məcəlləsinin 28, 214.2.6-cı (Terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) və digər maddələri ilə ittiham olunur. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO